Logo

BSU TGT-nin üzvləri ATGTİ-nin “WeekEND” Lənkəran düşərgəsində iştirak ediblər - FOTO

08.12.2023 11:58 140 baxış
IMG

Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatının (BSU TGT) idarə heyətinin üzvləri 1-3 dekabr tarixlərində Lənkəran rayonunda yerləşən Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi və ATGTİ- nin təşkilatçılığı ilə keçirilən “WeekEND” düşərgəsində iştirak ediblər.

BSU-dan "Tehsil.biz"ə bildirilib ki, gənclərə liderlik, komanda işi, natiqlik sənəti və.s haqqında təlimlər keçirilib, eyni zamanda gənclərin təklif və iradları səsləndirilərək problemlərin həlli yolunda müzakirələr aparılıb.

Düşərgənin son günündə ATGTİ düşərgələrinin ayrılmaz hissəsi olan “party” və gənclərin əylənməsi üçün müxtəlif interaktiv oyunlar keçirilib.

Xəbər lenti