Logo

Azərbaycanın əməkdar müəllimi vəfat edib

01.04.2021 10:28 1339 baxış
IMG

Cəbrayıl rayonunun Hovuslu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Məhəmmədəli Eyvaz oğlu Səfərov vəfat edib.

 

"Report"un Muğan bürosunun məlumatına görə, o uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. Orta təhsilini doğma kəndinin məktəbində aldıqdan sonra Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub.

 

Universiteti bitirdikdən sonra 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyərək uzun illər gənc nəslə riyaziyyat elminin sirlərini öyrədib.

 

2001- ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.

 

Allah rəhmət eləsin!

Xəbər lenti