Logo

Genetik Ehtiyatlar İnstitutu COST proqramının 6 yeni layihəsinə qoşulub

08.12.2023 18:24 132 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu 2023-cü ildə COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) proqramının 6 yeni layihəsinə qoşulub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, bu layihələr çərçivəsində 2024-2028-ci illərdə Avropanın 30-dan artıq elm-təhsil mərkəzləri ilə geniş əməkdaşlıq nəzərdə tutulub.

Həmçinin institutun gənc alim və mütəxəssisləri beynəlxalq elmi seminarlarda iştirak edəcək, eyni zamanda, qısa (5-12 gün), orta (30-90 gün) və uzun müddətə (3-12 ay) dünyanın tanınmış elmi mərkəzlərinə ezam olunacaqlar.

Xəbər lenti