Logo

Komitə sədri Avstraliyada yaşayan azərbaycanəsilli musiqiçi ilə görüşüb - FOTO

08.12.2023 20:06 110 baxış
IMG

Diasporla İş üzrə Dövlət komitəsinin sədri Fuad Muradov Avstraliya İttifaqının Melburn şəhərində fəaliyyət göstərən pianoçu Boris Quslister ilə görüşüb.

Komitədən "Tehsil.biz"ə verilən məlumata görə, qonağı səmimi salamlayan Komitə sədri B.Quslisterin gələcəkdə Avstraliyada yaşayan Azərbaycan diasporunun fəaliyyətinə töhfələr verəcəyini, oradakı Azərbaycan və yəhudi icmaları arasındakı münasibətlərin gücləndirilməsində öz səylərini əsirgəməyəcəyini əminliklə diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış etmək üçün şəhərimizin qonağı olan B.Quslister Azərbaycana səfərini təşkil etdiyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürünü bildirib. O, ilk dəfədir Azərbaycana gəldiyini və Bakının gözəlliyinə heyran olduğunu, bundan sonra tez-tez ölkəmizə səfər edəcəyini və növbəti səfəri zamanı mütləq Şuşaya gedəcəyini bildirib. “Bakı” adlı orkestr yaratmaq istədiyini qeyd edən musiqiçi Avstraliyada həmin orkestrin çıxışı ilə geniş konsert proqramı təşkil etmək istəyini də dilə gətirib.

Görüşdə Azərbaycanın Avstraliyadakı diaspor fəaliyyəti, keçirilən tədbirlər, gələcəkdə mədəni sahədə həyata keçiriləcək layihələr və mədəni irsimizin təbliğinin genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Boris Quslister 1952-ci ildə Bakıda anadan olub, orta və ali təhsilini də burada alıb. 1979-1987-ci illərdə İsraildə yaşayıb və çalışıb. Hazırda Avstraliya İttifaqının Melburn şəhərində yaşayır. ABŞ, Yaponiya, Danimarka, Çex Respublikası, Slovakiya, İslandiya, Tayvan və bir çox ölkələrdə konsert proqramları ilə çıxış edib.

Xəbər lenti