Logo

Binə məktəbi ilə bağlı məsələyə aydınlıq gətirilib

09.12.2023 11:17 277 baxış
IMG

Xəzər rayonu Binə qəsəbəsində məktəbin fəaliyyəti Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən nəzarətə götürülüb və şagirdlər üçün daha əlverişli mühitin təmin olunması üçün xüsusi komissiya yaradılıb və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Tehsil.biz xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib.

Qeyd olunub ki, mövcud ehtiyaclar nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 292 nömrəli tam orta məktəb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib:

"Şagird sıxlığı nəzərə alınaraq 292 nömrəli tam orta məktəb ilk mərhələdə 121 nömrəli tam orta məktəbin korpusu kimi fəaliyyətə başlayıb və şagird kontingentinin bir hissəsi orada tədrisə cəlb olunub. Məktəbin fəaliyyətinin tənzimlənməsi məqsədilə müvafiq səlahiyyətlər 121 nömrəli tam orta məktəbin direktor müavinlərindən birinə tapşırılıb.

Hazırda məktəbin balansa verilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq sənədləşmə işləri aparılır".

Xəbər lenti