M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakansiya elan edir.
Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib.
Vakant olan vəzifələr haqqında məlumatı təqdim edirik:
BAŞ TEXNİK
İş barədə məlumat:
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
• İstehsalatın texniki hazırlığını təmin etmək və ehtiyac olduğu təqdirdə təmir üçün siyahı tutulmasında iştirak etmək;
• İdman zalı və ərazidə köməkçi binalara təhkim olunmuş texniki heyətin işinə nəzarət etmək;
• İdman zalının və ərazidə köməkçi binaların təmizliyini, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək;
• İdman zalına gələn əməkdaşlar və tələbələr üçün cədvəl, qrafik və başqa texniki sənədləri tərtib etmək;
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədə aid tələblər:
• Təhsil: Ali (mühəndis, texnik və ya oxşar sahələr üzrə)
• Yaş: 25 – 50
• Dil biliyi: Azərbaycan və rus dili (vacibdir)
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
ANBARDAR
İş barədə məlumat:
• Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması;
• Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi;
• Anbardaxili əməliyyatların gündəlik uçotunun təşkili;
• Mal-materialların inventar üzrə qeydiyyatını aparmaq;
• Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
• Anbar qalıqlarının qeydiyyatını aparmaq;
• Anbarda məhsulları çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq.
• İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədə aid tələblər:
• Təhsil: Ali
• Yaş: 25–45
• Cins: Kişi
• Proqramlar: 1C, MS Office ( sərbəst işləmə bacarığı )
• Dil biliyi: Azərbaycan dili, rus dili
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
TEXNİK-KONDİSONER
İş barədə məlumat:
• Temperaturu tənzimləyən mexaniki, maye və ya qazla işləyən, elektrik və elektron isitmə, soyutma avandanlıqlarını quraşdırmağı bacarmalı və onların fəaliyyətinə nəzarət etməli;
• Sxemləri, göstərişləri başa düşmək və təlimatlara riayət etmək;
• Tələb olunduğu təqdirdə qaynaq alətlərindən istifadə etmək;
• Sistemi zəruri maye, hava və ya sıxılmış hava (freon, azot) ilə doldurmaq və yoxlama prosesini həyata keçirmək;
• Hava və sərfiyyat qazları üçün kanal və boruları quraşdırmaq;
• Nasaz hissələri aşkar etmək;
• Hissələri dəyişmək və sistemləri təmir etmək;
• Dövri texniki xidmətin göstərilməsi qaydalarına riayət etmək;
• İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədə aid tələblər:
• Təhsil: Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili
• Yaş: 25–45
• Dil biliyi: Azərbaycan dili, rus dili (arzuolunandır)
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun “mövzu” bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 2023-cü il dekabrın 25-dək göndərə bilərlər.