Logo

DİM rayonlarda dövlət qulluqçuları üçün təlimlər keçirib

09.12.2023 14:20 120 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğu üçün Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir.

Tehsil.biz xəbər verir ki, 4 – 9 dekabr 2023-cü il tarixlərində təlimlər Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli rayonlarında “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”; “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Dövlətin əsasları”, “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”; “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında təşkil olunub. Təlimlərdə dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələri iştirak edib.

Təlim zamanı mövzular çərçivəsində məlumat verilib, müzakirələr aparılıb, suallar cavablandırılıb. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Qeyd edək ki, təlimlər təqvim üzrə ilin sonunadək davam edəcək.

Xəbər lenti