M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə işə qəbul elan edir.
Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib.
İş barədə məlumat:
• Ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;
• Hər bir fakültədə mühazirə, seminar və praktik (laborator) məşğələlər üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində nəzərə almaq;
• Semestr və imtahanlar üçün müvafiq auditoriyalar ayırmaq və bu barədə fakültə dekanlarına məlumat vermək.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədlərə aid tələblər:
• Təhsil: Ali
• Yaş: 21–50
• Proqramlar: MS Office (sərbəst işləmə bacarığı )
• Dil biliyi: Azərbaycan və rus dillərinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək;
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun “mövzu” bölməsində müvafiq vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 2023-cü il dekabrın 25-dək göndərə bilərlər.