Logo

“Müsyö Jordan və dərviş Məstəli şah” növbəti dəfə Şuşa Teatrının səhnəsində

09.12.2023 15:50 190 baxış
IMG

Dekabrın 16-da Şuşa Dövlət Musiqili Dram Teatrında teatrsevərlər üçün Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunacaq.

Teatrdan "Tehsil.biz"ə bildirilib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Səhnə əsərində hadisələr Azərbaycanın Qarabağ bölgəsində cərəyan edir. Fransadan Qarabağa qonaq gələn Müsyö Jordan öz vətəninə qayıdanda gənc Şahbazı da özü ilə Fransaya aparmaq qərarına gəlir. Lakin bu arzunun qarşısını almaq istəyən Şahbaz bəyin nişanlısı və əmisi arvadı müxtəlif yollarla onu bu istəyindən daşındırmağa çalışırlar.

Xəbər lenti