Logo

Tovuzda 10-cu sinif şagirdi bıçaqlanıb

09.12.2023 16:51 228 baxış
IMG

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

"Tehsil.biz"in məlumatına görə hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.

Belə ki, məktəbin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə dərs vaxtı məktəbin həyatində baş verib.

R.Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti