Logo

Respublika Uşaq Kitabxanasında növbəti görüş keçirilib

09.12.2023 19:17 234 baxış
IMG

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və müəllimlərinin iştirakı ilə görüş təşkil olunub.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, görüşün keçirilməsində məqsəd müəllim heyətini Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək və onların dəstəyi ilə məktəblilərdə mütaliə mədəniyyətini inkişaf etdirmək və kitaba olan marağı artırmaqdır.

Görüşdə iştirakçılara Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Azərbaycanlı”, Firidun bəy Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan “Balalara hədiyyə”, “Təbiətdən məktub”, “Əvvəl zaman içində” kitabları haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, kitabda toplanan nağıllar, əfsanələr oxucunu xalqımızın keçmişi və arzuları, məişəti və mədəniyyəti ilə tanış edir, ədalət və xeyirxahlıq aşılayır, çevik düşüncə və cəsarətli fikir yürütmək bacarığı tərbiyə edir.

Qeyd olunub ki, məktəbdənkənar təhsil müəssisələri olan kitabxanalar və Uşaq Gənclər İnkişaf Mərkəzlərinin fəaliyyətində uğurlu gələcəyin təminatı olan uşaqlara erkən yaşdan etibarən peşə və ixtisas seçimi haqqında düzgün istiqamət verilməlidir.

Xəbər lenti