Logo

Humanitar Fənlər Təmayüllü liseydə ağacəkmə aksiyası keçirilib - FOTO

09.12.2023 20:15 115 baxış
IMG

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Xətai rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Tehsil.biz xəbər verir ki, keçirilən silsilə tədbirlər çərçivəsində 09.12.2023-cü ildə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Humanitar Fənlər Təmayüllü liseyin həyəti və M.Rüstəmov küçəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələrinin, MKTB-nin və məktəb kollektivləri, şəhid ataları iştirak ediblər. Aksiya zamanı Humanitar Fənlər Təmayüllü liseyin həyətində 100 ədəd meyvə ağacı və 100 ədəd şam ağacı əkilib. Eyni zamanda rayonun Məzahir Rüstəmov küçəsində və digər ünvanlarda qurumuş ağaclar yenisi ilə əvəz olunaraq 200 ədəd şam ağacı əkilib. Bayram əhvali-ruhiyyəsində keçən aksiyada liseyin həyətində milli musiqilər və rəqslər nümayiş etdirilib, çay süfrəsi təşkil olunub.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti