Logo

TÜRKSOY Media Mükafatının təqdimatı olub

10.12.2023 13:38 176 baxış
IMG

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində 2023-cü il üzrə TÜRKSOY Media Mükafatının və TÜRKSOY-un xüsusi mükafatının da təqdimatı olub.

Tehsil.biz xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov TÜRKSOY Media Mükafatını Agentlik adından qəbul edib.

Həmçinin mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradova təqdim edib.

Qeyd edək ki, bağlanış mərasimi Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə keçirilir.

Xəbər lenti