Logo

"Məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir"

11.12.2023 10:30 254 baxış
IMG

"Məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

"Hazırda bu göstərici 37 %-dir, halbuki digər inkişaf edən ölkələrdən geri qalırıq. Amma yaxşı hal odur ki, istiqamət olaraq bu rəqəmi 16 %-dən 37 %-ə yüksəltmək də yaxşı nəticədir. Bunun 37 %-nin yarısı da alternativ məktəbəqədər təhsil modelləri ilə həll olunur", - nazir bildirib.

Kənan Nağıbəyli

Xəbər lenti