Logo

Nazir: "Qızılcaya yoluxmalar artarsa, lokal qapanma ola bilər”

12.12.2023 14:07 293 baxış
IMG

"Qızılcaya yoluxanların sayında nisbətən azalma var”.

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir prosesin nəzarətdə olduğunu qeyd edib:

“Hazırda baş verənlərin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında, düzgün qaydada peyvənd etdirməlidirlər. Hazırda ümumilikdə təhsil sisteminin distanta keçirilməsi və qapanma olması ilə bağlı gözlənti yoxdur, amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər”.

Xəbər lenti