Logo

Naxçıvan Mədəniyyət Nazirliyində kadr dəyişiklikləri olub

12.12.2023 20:46 321 baxış
IMG

Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri Abbas Musayev vəzifədən azad olunub.

Tehsil.biz xəbər verir ki, bumunla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidovun müvafiq əmr imzalayıb.

Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə gətirilib.

Digər əmrlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının rejissoru, Prezident mükafatçısı Həcərxanım Məmmədova müddətli əmək müqaviləsi əsasında Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri təyin olunub.

Xəbər lenti