Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 20 il keçir.
Tehsil.biz xəbər verir ki, bu münasibətlə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları Ulu Öndərin Lənkəran şəhərindəki H.Əliyev Xatirə Parkında abidəsini ziyarət ediblər.
Azərbaycan xalqının dahi oğlu, müasir dövlətçiliyimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Lənkəran REM-in direktoru Mehman Əliyev və mərkəzin əməkdaşları dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirib, məzarı önünə gül dəstələri qoyublar.