"Peşə məktəblərində təhsili haqları ilə bağlı məsələdə bəzi dəyişikliklərə ehtiyac var".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, rəqabətli kadrların hazırlanmasını tələb edən bəzi ixtisaslar var:
"Məsələn, aşpaz ixtisası kifayət qədər mürəkkəb və bahadır. Məsələn, beşulduzlu hotel üçün yaxşı aşpaz hazırlamaq baha başa gəlir. Biz bunu başa düşməsək və ildə 500 manata aşpaz hazırlasaq, nəticə etibarilə əmək bazarında rəqabətli ixtisasa sahib şəxs olmayacaq. Ona görə də qoyulan investisiya ilə kadrın rəqabətliliyi arasında əlaqəni qiymətləndirmək lazımdır".
Kənan Nağıbəyli