"Ermənistanın işğalı nəticəsində təhsilin daha çox peşə təhsili pilləsi zərbə alıb".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, uzun illər peşə təhsil müəssisələri məcburi köçkünlərin məskunlaşdığı məkanlar olub.
"Bu da peşə təhsilinin zəifləməsinə səbəb olub", - nazir qeyd edib.
Kənan Nağıbəyli