Logo

BSU və Çinin Hebei İqtisadiyyat və Biznes Universiteti arasında əməkdaşlıq müzakirə olunub - FOTO

13.12.2023 12:05 387 baxış
IMG

Dekabrın 11-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Çin Xalq Respublikasının Hebei İqtisadiyyat və Biznes Universitetinin vitse-prezidenti Prof. Dr. Li Guijunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan məlumat verilib.

Qonaqları salamlayan rektor Anar Nağıyev onları BSU-da görməkdən məmnun olduğunu bildirib. Rektor nümayəndə heyətinə BSU-nun tarixi və fəaliyyəti haqqında geniş məlumat verib.

Görüşdə iki universitet arasında beynəlxalq əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti