Azərbaycan Respublikası Hesablama Palatasının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyasına uyğun olaraq dövlət maliyyəsinin idarəedilməsi sahəsində media nümayəndələrinin peşəkarlıq səviyyəsinin və məlumatlılığının artırılması məqsədilə təlimlər keçirilib.
Tehsil.biz xəbər verir k, təlimlərin keçirilməsində məqsəd Hesablama Palatasının dövlət maliyyəsinin idarəedilməsində rolu, büdcə prosesində iştirakı və rəylərində qeyd edilən əsas məqamlar, kənar dövlət maliyyə nəzarəti fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərmək və ictimaiyyətə dolğun informasiya çatdırmasından ibarətdir.
Təlimlərdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.