Logo

AzMİU-nun Geomatika kafedrasında elmi seminar keçirilib

13.12.2023 15:17 326 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Geomatika kafedrasında elmi seminar keçirilib. 

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, kafedranın baş müəllimi Ramal Dənziyev “Peyk geodezi və məsafədən zondlama üsulları əsasında daşqınların qiymətləndirilməsi və proqnozlaşdırılması” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycan ərazisinin yarıya qədəri arid iqlim şəraitinə malik olsa da, ərazisindəki bir çox çaylarda daşqınların başvermə təhlükəsi var. Mütəxəssis ölkəmizdə daşqınlarla bağlı su həcminin proqnozlaşdırılması üsullarının kifayət qədər araşdırıldığını, lakin ərazilərin potensial subasma şəraitinin yetərincə öyrənilmədiyini söyləyib. Bunun üçün yeganə çıxış yolunu daşqın prosesinin modelləşdirilməsində görən mütəxəssis proqnozlaşdırmanın paylanmış modelini yaratmağın zəruriliyini vurğulayıb. O, coğrafi informasiya sistemləri, yeni nəsildən olan radarlar, hündürlüyün yüksək ayırdetməyə malik olan rəqəmli, paylanmış hidroloji modellər əsasında bu modeli yaratmağın mümkünlüyündən danışıb.

Sonda məruzəçi auditoriyanın suallarını cavablandırıb.

Xəbər lenti