Logo

Bağça müdiri olmaq istəyənlər üçün növbəti elektron sənəd qəbulu başlayır

13.12.2023 17:21 325 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 14-dən 21-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Xəbər lenti