Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Oxu mədəniyyəti” layihəsi çərçivəsində növbəti “Heydər Əliyev irsi: 100 müzakirə”ləri Kitabxana İnformasiya Mərkəzi və UNEC Biznes Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Oxu mədəniyyəti” çərçivəsində universitetdə keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, universitetin müvafiq strukturları tərəfindən Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən mövzularda müzakirələr aparılıb.
Sonra UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, Biznesin idarə edilməsi kafedrasının müdiri dosent Sevər Məmmədova, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva, kafedranın müəllimi Emil Hacıyev və Əsaslı kitabxananın müdir müavini Yusif Musayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin elm və təhsil siyasətindən, milli iqtisadiyyatın inkişafına verdiyi töhfələrdən, eləcə də kitabxana işinin təşkili ilə bağlı apardığı islahatlardan söz açıblar.
Tədbirdən sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətləri haqqında nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
