Logo

Muzeyin yeni ekspozisiyasında Qafqaz Albaniyasının sənətkarlığını əks etdirən eksponatlar nümayiş olunacaq

13.12.2023 18:33 272 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında Qafqaz Albaniyasının sənətkarlığını və beynəlxalq ticarət əlaqələrini əks etdirən eksponatlar nümayiş olunacaq.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Bildirilib ki, sənətkarlığın müxtəlif sahələrinə aid olan və e.ə IV – b.e VII əsrlərini əhatə edən həmin eksponatlar xüsusi vitrinlərdə yer alır.

Təqdim olunacaq eksponatlar müxtəlif illərdə Mingəçevir, Şamaxı, Qəbələ, Ağsu və digər şəhər və rayonlarda aparılmış arxeoloji qazıntılar zamanı tapılıb.

Xəbər lenti