Logo

"Naxçıvan" Universitetində magistrantlarla görüş keçirilib - FOTO

13.12.2023 19:15 165 baxış
IMG

"Naxçıvan" Universitetində magistrantlarla görüş keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, görüşdə Elm, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru Rza Məmmədov, Strateji inkişaf və keyfiyyət təminatı üzrə rektor müşaviri Əmirxan Qəmbərov və Elm və innovasiyalar şöbəsinin müdiri Zamin Babazadə iştirak edib. 

Görüşdə gənc tədqiqatçıların dissertasiya mövzularının aktuallığı, eləcə də elmi və praktik əhəmiyyəti, magistrantların dissertasiya müdafiəsinə hazırlıq səviyyəsi, tədris prosesi, dərslərinin təşkili və keçirilməsində keyfiyyətin artırılması məsələləri müzakirə edilib. Eyni zamanda elmi rəhbər və magistrant münasibətləri haqqında vacib məsələlər diqqətə çatdırılıb.

Qarşılıqlı diskussiya şəklində davam edən görüşdə magistrantların çoxsaylı suallarını cavablandırıb, magistrantlar tərəfindən verilən təkliflərin nəzərə alınacağını qeyd edilib. Bildirilib ki, universitetdə magistrantların təhsil alması və elmi-tədqiqat işləri ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb.

Magistrantlara bu imkanlardan maksimum faydalanmaları tövsiyə edilərək təhkim olunduqları kafedralar ilə mütəmadi əlaqədə olmaları diqqətə çatdırılıb.

Xəbər lenti