Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin tələbələri Məhtimqulu adına Türkmən Dövlət Universitetinin təşkilatçılığı ilə Kimya fənni üzrə keçirilən Beynəlxalq Tələbə İnternet Olimpiadasında iştirak ediblər.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, 20-dən çox ölkədən 350 tələbənin qatıldığı olimpiadada Kimya fakültəsinin I kurs magistri Kənan Ağayev I, Kimya müəllimliyi ixtisasının IV kurs tələbəsi Cahan İsmayılova II, I kurs tələbələri Dərya Həsənova, Rəvanə Quliyeva, Rəşad Mütəllibov, Məsumə Hüseynova isə III yerə layiq görülüblər.