Logo

AƏSMA-da seminar: "Xaricdə magistratura və doktorantura təhsili imkanları” - FOTO

13.12.2023 22:51 312 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “İnnovasiya və karyera” şöbəsinin təşkilatçılığı ilə “Xaricdə magistratura və doktorantura təhsili imkanları” mövsusunda seminar təşkil olunub.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvin Məmmədova “Magistratura və doktorantura üzrə Dövlət Proqramları” barədə çıxış edərək, dövlət başçısının gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün yaratdığı imkanlardan bəhs edib.

Eyni zamanda P.Məmmədova Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üçün Dövlət Proqramlarının əhəmiyyətindən və yaratdığı imkanları ön plana çəkildiyindən bəhs edib.

Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun Sosial-iqtisadi və siyasi əlaqələr şöbəsinin müəllimi dosent Mehmet Fatih Sansar isə “Türkiyədə təhsil fürsətləri” mövzusunda çıxış etmiş, tələbələrə təqaüd proqramları və ya öz imkanları ilə Türkiyədə təhsilalma yollarından bəhs edib. Bununla yanaşı o, çalışdığı İnstitutun magistratura təhsili haqqında da marifləndirmə aparıb.

Xəbər lenti