Azərbaycanın Xalq artisti Ramiz Məlik vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşıb.
Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Məlikin vəfatı ilə bağlı nekroloq yayıb.
"Görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq.
Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - nekroloqda deyilir.