Logo

Məktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrə elektron sənəd qəbuluna start verilib

14.12.2023 11:06 271 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.

Tehsil.biz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 14-21 dekabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 14 dekabr saat 11:00-dan 21 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Xəbər lenti