Logo

ADU-da məlumatlandırma sessiyası keçirilib - FOTO

14.12.2023 11:57 360 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) universitetdə təsis etdiyi AUL MOIC Club və onun fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə məlumatlandırma sessiyası keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Məlumatlandırma sessiyasında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Vüsal Qurbanov, rektor məsləhətçisi Anar Osmanlı, Regionşünaslıq kafedrasının müdiri, dos. Əliyeva Sevdagül Əliyeva iştirak ediblər.

Sessiya müddətində tələbələr AUL MOIC Club, hansı prinsiplər əsasında göstərdiyi fəaliyyəti,  klubun fəaliyyət istiqamətləri və ADU-nun  tələbələrinin klubda iştirakı barədə məlumat əldə ediblər.

Bildirilib ki, ilk fəaliyyət dönəmində kluba rəhbərlik İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Azərbaycan Dillər Universitetindəki nümayəndəsi Xəyalə Cəfərli tərəfindən ediləcək.

Xəbər lenti