Dekabrın 14-də Heydər Məscidində Azərbaycanın görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Xalq artisti Ramiz Məliklə vida mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimlər iştirak ediblər.
Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın ruhuna dualar oxunub və cənazəsi son mənzilə yola salınıb.
Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
10:53
Xalq artisti Ramiz Məliklə vida mərasimi yaxınlarının istəyi ilə bu gün saat 13:00-da “Heydər” məscidində baş tutacaq.
Tehsil.biz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənətkar 2-ci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, R. Məlik uzunsürən xərçəng xəstəliyindən sonra bu gün 80 yaşında vəfat edib.
Allah rəhmət eləsin!