Logo

BDU Çinin Tongji Universiteti ilə anlaşma memorandumu imzalayıb - FOTO

14.12.2023 19:01 354 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Şanxay şəhərində Tongji Universitetində olub. Görüşdə iki universitet arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Memoranduma əsasən, ilkin mərhələdə təhsilalanların mübadiləsinin həyata keçirilməsi, doktorantların qısamüddətli və uzunmüddətli təcrübə keçməsi nəzərdə tutulub. Razılaşmaya əsasən, növbəti mərhələdə isə magistratura və bakalavriatura səviyyələrində də tələbə mübadiləsi həyata keçiriləcək.

İki universitet arasında fundamental elmlər sahəsində, o cümlədən fizika, kimya, riyaziyyat, materialşünaslıq, mühəndislik və süni intellekt üzrə əməkdaşlıq, ikili diplom proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub.

Memorandumun imzalanmasında məqsəd Tongji Universiteti ilə BDU arasında əməkdaşlığı daha da genişləndirmək, elm, təhsil sahəsində resursların qarşılıqlı istifadəsidir. Memorandum çərçivəsində, həmçinin akademik heyətin, tədqiqatçıların mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişafını təmin edəcək.

Sonra BDU-nun nümayəndə heyəti Tongji Universitetinin kampusunda, Dizayn və innovasiya kollecində yaradılan şəraitlə tanış olub.

Xəbər lenti