Logo

Zərgərlərə peşə ixtisasını təsdiq edən sənəd təqdim olunub

14.12.2023 21:30 294 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Azərbaycan Zərgərlər Assosiasiyası İctimai Birliyi ilə imzalanmış memorandum çərçivəsində həyata keçirilən, formal təhsilə çıxış imkanı olmayan vətəndaşların zərgər peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra onlara sertifikat verilib.

TKTA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova ölkəmiz üçün qeyri-formal təhsilin əhəmiyyəti, görülən işlər və işəgötürmə prosesindən, TKTA tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan danışıb.

Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modullar üzrə sertifikatlar təqdim olunub.

Xəbər lenti