Son 2 il ərzində müəllimlərin sertifikatlaşdırılması prosesində vəzifə maaşına artım tətbiq edilən müəllimlərin sayı açıqlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, 2022-ci il ərzində 5 min 624 ibtidai sinif müəlliminin maaşına 10 faiz, 3 min 164 müəllimin maaşına isə 35 faiz artım edilib.
2023-cü ildə isə 12 min 130 ibtidai sinif müəlliminin maaşına 10 faiz, 2 min 588 müəllimin maaşına isə 35 faiz, 5 min 784 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin maaşına 10 faiz, 2 min 658 müəllimin maaşına isə 35 faiz artım edilib.