Logo

Balakəndə Mirzə Fətəli Axundov adına məktəbin vəziyyəti acınacaqlıdır - VİDEO

15.12.2023 08:21 133 baxış
IMG

Balakən rayonu, Mirzə Fətəli Axundov adına Sarıbulaq kənd tam orta məktəbinin vəziyyəti son dərəcə acınacaqlıdır.

Tehsil.biz "ATV Xəbər"ə istinadən xəbər verir ki, 39 il əvvəl istifadəyə verilən məktəbin baxımsız vəziyyəti tədrisə mənfi təsir göstərir.

Belə ki, təhsil ocağının döşəməsi çürüyüb, divarları dağılıb. Qapı və pəncərəsi isə yararsız vəziyyətdədir.

Şagirdlər bildiriblər ki, qış aylarında isinmək üçün odun sobasından istifadə edirlər.

Qeyd edək ki, 1984-cü ildən fəaliyyət göstərən, 344 müəllim və şagird heyəti olan məktəbin binası indiyədək əsaslı təmir olunmayıb.

Daha ətraflı süjetdə:

Xəbər lenti