Logo

"İşğaldan azad olunmuş ərazilərdə 7 məktəbdə 550 şagird təhsil alır, 84 müəllim çalışır"

15.12.2023 11:00 133 baxış
IMG

"İşğaldan azad olunmuş ərazilərdə 7 təhsil müəssisəsində 550 şagird təhsil alır, 84 müəllim çalışır. Bu təhsil müəssisələri Şuşa, Füzuli, Zəngilan, Laçın, Tərtər rayonlarında yerləşir".

Tehsil.biz xəbər verir ki, nazir bunu Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.

Onun sözlərinə görə, Böyük Qayıdış proqramı əsasında Şuşa Real Məktəbi, Zəngilan şəhər tam orta məktəbi (960 yerlik), Quba şəhər tam orta məktəbi (600 yerlik), Ağdam şəhər 2 nömrəli körpələr uşaq bağçası (160 yerlik), Ağdam şəhər tam orta məktəbi (960 yerlik), Zəngilan şəhər körpələr uşaq bağçasının (160 yerlik) tikintisi nəzərdə tutulur:

“Hazırda Ağdam şəhər 1 nömrəli tam orta məktəbin (960 yerlik), Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına Ağdam şəhər tam orta məktəbi (960 yerlik), Kəlbəcər şəhəri Ağdam şəhər tam orta məktəbin (960 yerlik) tikintisi davam edir”, - deyə nazir qeyd edib.

Kənan Nağıbəyli

Xəbər lenti