Logo

Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul olanların sayı artıb

15.12.2023 11:33 285 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na qəbul olanların sayı artıb".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.

O bildirib ki, 2022-2023-cü illər üzrə 336 nəfər, 2022-2024-cü illər üzrə isə 717 nəfər Xaricdə Təhsil üzrə Dövlət Proqramına qəbul olub:

"Qəbul olanların 393 nəfəri (55 faiz) Böyük Britaniya, 84 nəfəri Türkiyə (12 faiz), 73 nəfəri ABŞ (10 faiz), 43 nəfəri Almaniya (6 faiz), 124 nəfəri (17 faiz) isə digər ölkələrdə təhsil almağı seçib".

Kənan Nağıbəyli

Xəbər lenti