Logo

Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin kollektivi RPİ-də aparılan elmi tədqiqatlarla tanış olub - FOTO

15.12.2023 13:09 147 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin müəllim və şagirdləri ilə görüş keçirilib.

RPİ-dən "Tehsil.biz"ə bildirilib ki, görüş “Sabahın alimləri” respublika müsabiqəsinə hazırlanan layihələr üzrə liseyin şagirdlərinə alimlər tərəfindən elmi dəstəyin göstərilməsi məqsədilə keçirilib.

Görüşdə çıxış edən RPİ-nin baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev müəssisənin tarixi, strukturu, əməkdaşlıq əlaqələri və əldə etdiyi nailiyyətlər haqqında qonaqlara məlumat verib.

Sonra qonaqlar “İnnovativ Tədqiqatlar” qrupunun fəaliyyəti və laboratoriya ilə tanış olublar. Birgə hazırlanan layihələrdə istifadə olunan elmi yanaşmalar, elektronika və sxemlər, proqram təminatı və konstruktiv yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Namiq Heydərov “İnnovativ Tədqiqatlar” qrupunda hazırlanan digər layihələr haqqında məktəblilərə məlumat verib. Hazırlanan hər bir layihə şagirdlər və elmi rəhbərlərlə birlikdə geniş müzakirə olunub, şagirdlərin sualları cavablandırılıb. Qeyd edilib ki, layihələr fizika və kimya istiqamətləri üzrə həm elmi, həm praktiki layihələrdir.

Sonda liseyin müəllim və şagirdləri institutun digər laboratoriyaları və aparılan elmi tədqiqatlarla tanış olublar.

Xəbər lenti