Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib.
Bu barədə "Tehsil.biz"ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.