Logo

Məktəblərin bağlanıb-bağlanmaması ilə bağlı sorğunun nəticələri açıqlandı

01.04.2021 15:28 775 baxış
IMG

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 000-dən çox rəy qəbul edilib.

 

Tehsil.biz Təhsil Nazirliyinə istinadən xəbər xəbər verir ki, sorğu iştirakçılarının 17,2 faizi ümumi təhsil müəssisələrinin fəaliyyətinin mövcud qaydada davam etdirilməsini, 45,7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini təklif edib.

 

Sorğuda iştirak edənlərin 6,3 faizi yalnız V-IX siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 19,5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsini təklif edib.

 

11,3 faiz isə digər səbəbləri seçib.

Xəbər lenti