Logo

“Paşa Bank”ın BDU tələbələri üçün növbəti təlimi baş tutub

15.12.2023 18:00 297 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr üçün “Rəqəmsal məhsulun yaradılması və inkişafı” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Təlim “Paşa Bank”ın əməkdaşı/məhsul sahibi Təhminə Misirli tərəfindən aparılıb. Təlimçi yaradılması nəzərdə tutulan məhsulun digər yaradılan məhsullardan üstünlüyü və fərqi, məhsulun düzgün seçilməsinə qoyulan tələblər, məhsulun yaradılması üçün çəkilən xərclər və s. məsələlərə aydınlıq gətirib. Bildirilib ki, məhsulun yaradılmasından sonra onun inkişafında metrik izləmənin həyata keçirilməsi vacib məqamlardan biridir. Bu zaman müştəri məmnuniyyəti də ön plana çəkilir.

Təlimdə iştirak edən tələbələrdən hər biri öz təqdimatı ilə çıxış edib.

Xəbər lenti