Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin sektor müdiri Elnur Abbasov, DİM Gəncə Regional bölməsinin müdiri Nəsimi Məmmədov, Regional bölmənin böyük məsləhətçisi Sərxan Ağayev və IV kurs tələbələr iştirak ediblər.
DİM əməkdaşları tərəfindən tələbələrə dövlət qulluğuna qəbul qaydaları, test imtahanı, müsahibə mərhələləri, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, dövlət qulluğuna dair elektron xidmətlər barəsində geniş məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.