Azərbaycan Dillər Universitetinin (ADU) yataqxanasında zəfərlə bağlı bədii yaradıcılıq müsabiqəsi keçirilib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd yazı qabiliyyəti olan tələbələrin istedadını üzə çıxarmaq və fəaliyyətlərində dəstək olmaqdır.
İştirak edən tələbələr münsiflər heyəti tərəfindən qiymətləndirilərək, fəxri fərmanla təltif olunublar.