Logo

“Gənclərə dəstək” adlı konsert proqramı keçirilib - FOTO

15.12.2023 22:10 275 baxış
IMG

Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gənclərə dəstək” adlı konsert proqramı keçirilib.

Tehsil.biz xəbər verir ki, konsert “Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin, “Qorqud” Folklor Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Konsertdən əvvəl çıxış edən Əməkdar artist Nuriyyə Hüseynova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: "Mən uşaq ikən Heydər Əliyevin dəstəyi və diqqəti nəticəsində Naxçıvandan Bakıya gəlib təhsil aldım. O, hər zaman gənclərə dəstək olurdu. Bu konserti Ulu Öndərin 100 illiyinə ithaf edirəm”.

Əməkdar artist "Gənclərə dəstək " layihəsi barədə də məlumat verib.

Tamaşaçılar tanınmış xanəndə, Əməkdar artist Nuriyyə Hüseynovanın, müğənni-bəstəkar Çilənay Hüseynovanın və Şəmkir məktəblisi, beynəlxalq müsabiqələr laureatı tarzən Mirnofəl Həsənovun çıxışlarını maraqla qarsalayıblar.

Rəngarəng konsertdə xalq və bəstəkar mahnıları səsləndirilib.

Xəbər lenti