Logo

BDU-nun “SABAH” qrupunun tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi-tədqiqat işləri aparacaq

16.12.2023 18:44 302 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarında kimyəvi kinetika və kataliz ixtisaslaşması üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, görüşdə bu elmi müəssisənin direktoru akademik Dilqəm Tağıyev tələbələrə elmi mühitdə təhsilin inteqrasiyasında institutun böyük təcrübəsi olduğunu deyib.

BDU-nun “SABAH” qrupunun 9 tələbəsi institutun laboratoriyalarında professor-müəllim heyətinin rəhbərliyi ilə elmi-tədqiqat işləri aparacaq.

Xəbər lenti