Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-Mexanika fakültəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həmin fakültənin 1-ci kurs tələbələri arasında “Gənc mühəndislər” adlı intellektual yarış keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.
Yarışın 1-ci hissəsində komandalar 3D dizayn, elektronika və proqramlaşdırma sahələrində qısa zaman ərzində layihə təqdim ediblər. 2-ci hissədə isə intellektual suallar cavablandırılıb.
Maraqla keçən yarışda “Legion” komandası qalib gələrək final mərhələsinə yüksəlib.



