Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Qərarın ali təhsil müəssisələrinə aid olub-olmadığı məsələsinə gəldikdə isə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu qərar universitetləri və məktəbəqədər tədris müəssisələrini (uşaq bağçalarını) əhatə etmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir.