Logo

ADAU-nun Baytarlıq təbabəti fakültəsində Ulu Öndərə həsr olunan tədbir keçirilib - FOTO

16.12.2023 23:29 156 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “100 illik ömür yolunu qürurla anırıq!” adlı tədbir keçirilib.

ADAU-dan "Tehsil.biz"ə bildirolib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Fakültənin dekan müavini Gülçin Məmmədova müstəqil Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolu və hakimiyyət illəri haqqında ətraflı danışıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib.

İctimai fənlər kafedrasının baş müəllimi Şəfa Musayeva çıxışında Azərbaycan tarixində Ulu Öndərin rolu haqqında fikirlərini faktlarla tədbir iştirakçılarına çatdırıb.

Sonda Baytarlıq təbabəti fakültəsinin TGT faəllarının iştirakı ilə hazrlanan video çarx nümayiş olunub.

Xəbər lenti