Logo

Humanitar Kollecdə ADMİU-nun 100 illik yubileyi qeyd olunub - FOTO

16.12.2023 23:54 440 baxış
IMG

Dekabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitinin (ADMİU) nəzdində Humanitar Kollec ADMİU-nun 100 illik yubileyini "Sənətin bir əsri" adlı konsert proqramı ilə qeyd edib.

Kollecdən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova, universitetin professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları öncə Kollecin foyesində "Dekorativ tətbiqi incəsənət və xalq sənəti" ixtisası tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri Ansamblının ifasında "Əhsəni" rəqsi ilə başlayıb. 

İfadan sonra Kollecin direktoru, dosent Nərmin Qaralova çıxış edərək qocaman ali təhsil ocağını 100 illik yubiley münasibətilə təbrik edərək bildirib ki, universitet ilə Kollec arasında böyük və dərin əlaqələr var: "Bu əlaqələr hələ kollec universitetin nəzdinə keçməzdən öncədən vardı. Kollecin çox məzunları, tanınmış simaları, sənət adamları var ki, hazırda Universitetdə çalışırlar. Həmçinin, Kollecin 40-dan çox əməkdaşı universitetin məzunlarıdır. Bu ənənə indi də davam etdirilir, bizim yeni məzunlarımız da təhsillərini Universitetdə davam etdirirlər. Biz bu əlaqələrdən olduqca şadıq və qürur duyuruq". 

Daha sonra ADMİU nəzdində Humanitar Kollecin müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı bir-birindən maraqlı ifalarla davam edib. 

Vaxtilə ADMİU-da təhsil almış, indi isə Kollecdə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin, eləcə də Kollecdən məzun olduqdan sonra hazırda təhsilini ADMİU-da davam etdirən tələbələrin çıxışları, xatirələri tədbir iştirakçılarına maraqlı anlar yaşadıb. 

Sonda çıxış edən ADMİU-nun rektoru professor C.Mahmudova konsertin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib, rəhbəri olduğu ali təhsil ocağının 100 illik yubileyinin bu cür ölkə miqyasında qeyd olunmasından məmnunluğunu dilə gətirib.

Xəbər lenti